Bioqrafiya
Adnan Kaşıkçı, 25 iyul 1935-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində varlı bir ailənin övladı olaraq anadan olub. Babası Məhəmməd Kaşıkçı türk, anası isə Səudiyyə Ərəbistanlıdır. Təhsilinə Misirin İskəndəriyyə şəhərində elit bir məktəbdə başlayıb.
17 yaşında ABŞ-a gedərək Kaliforniya Dövlət Universitetində iqtisadiyyat ixtisasında oxumağa başlayıb. Daha sonra Stanford Universitetinə transfer olub. 1960-cı illərin ortalarında, Yaxın Şərqin zəngin neft ölkələri ABŞ-ın texnoloji müharibə alətlərinə maraq göstərməyə başladıqda, Kaşıkçı bu ölkələrlə əlaqələr quraraq böyük qazanclar əldə edib.
1970-ci illərdə dünyanın ən zəngin adamı kimi tanınmağa başlayıb və onun təxmin edilən sərvəti 4 milyard dollar olub. Lakin beynəlxalq silah ticarətinin ciddi nəzarət altına alınması və neft sahəsindəki geriləmə ilə Kaşıkçının sərvəti azalmağa başlayıb. 1980-ci illərdə Ronald Reyqanın rəhbərlik etdiyi ABŞ hökumətinin İran-Contra hadisəsinə qarışması onun iş həyatında böhranlar yaşamasına səbəb olub.
1989-cu ildə Bern şəhərində həbs olunub və üç ay nəzarətdə saxlandıqdan sonra azadlığa buraxılıb. 1990-cı ilin yayında Filipin dövlət malını özbaşına istifadəyə görə ittihamdan aklanıb. Adnan Kaşıkçı, 6 may 2017-ci ildə İngiltərənin London şəhərində 82 yaşında vəfat edib.
İş adamı kimi tanınmasının yanında, o, müasir mətbuat dünyasında da tanınan bir şəxs olub və bir dövr dünyanın ən böyük yatlarından birinə sahib olub. 1980-ci ildə istehsal olunan 86 metr uzunluğundakı 'Nabila' adlı yat James Bond filmində istifadə edilib. Kaşıkçı, Türkiyədə də tanınan bir sima olub və 31 avqust 1997-ci ildə vəfat edən Dodi El Fayed'in dayısıdır.
Evlilikləri arasında ingilis Sandra Daly, italiyalı Laura Biancolini və Şahpari Kaşıkçı vardır. Ümumilikdə yeddi övladı var.