Bioqrafiya
Əhməd Həsən, 2 may 1975-ci ildə Misirin Məhəgəh bölgəsində anadan olub. O, Misir Milli Komandası və Belçikanın R.S.C Anderlecht klubunda hücum və orta sahə oyunçusu kimi fəaliyyət göstərir. Futbol karyerasına Misirin alt liqalarında başlamış, qısa bir müddət ərzində bacarıqlarını nümayiş etdirərək 20 yaşında Misir Milli Komandasına dəvət olunub.
1998-ci ildə keçirilən Afrika Millətlər Kubokunda göstərdiyi performansla diqqət çəkmiş və 22 yaşında Kocaelispor klubuna transfer olunmuşdur. 2000-2001 mövsümündə Denizlispor’da oynadıqdan sonra milli komandadan dostu Abdəl Zaher El Sakka ilə birlikdə Gençlerbirliyi klubuna keçmişdir. Gençlerbirliyi'ndə keçirdiyi müvəffəqiyyətli üç mövsümdən sonra Beşiktaş'a transfer olunmuş və burada mütəxəssis Jan Tigananın gözdə oyunçusu halına gəlmişdir.
Əhməd Həsən, Misir Milli Komandası ilə Afrika Millətlər Kubokuna altı dəfə qatılmış, 2006-cı ildə komandada kapitan olaraq 6 matçda 4 qol vuraraq ən məhsuldar ikinci oyunçu olmuşdur. Bu turnirin ən yaxşı oyunçusu seçilmişdir. 2006-cı ildə Beşiktaş ilə müqaviləsinin bitməsindən sonra, Belçikanın R.S.C Anderlecht klubunu seçmişdir.
Anderlecht'də hücuma yönəlik oyun qurucusu kimi fəaliyyətini davam etdirməkdədir.