Bioqrafiya
Edwin Eugene Aldrin, 20 yanvar 1930-cu ildə ABŞ-ın New Jersey ştatında anadan olub. Amerikalı astronot və pilot olan Aldrin, Apollo 11 missiyasında iştirak edərək Neil Armstrongdan sonra Ay'a ilk addım atan ikinci şəxs olmuşdur. Liseyə Montclair şəhərində başa vurduqdan sonra hərbi məktəbə daxil olub və 1951-ci ildə oradan üçüncü yerdə məzun olub.
Məzuniyyəti ilə birlikdə leytenant rütbəsi ilə Koreya Müharibəsində jet pilotu kimi xidmət göstərib. Müharibə bitdikdən sonra ABŞ və Almaniyada hava hücumları üzrə müəllimlik edib. Sonra Massaçusets Texnologiya İnstitutunda doktorantura proqramını tamamlayıb və buradan ayrılaraq yenidən hava qüvvələrinə qayıdıb.
Oktyabr 1963-cü ildə NASA-nın astronot heyətinə seçilib və 11 noyabr 1996-cı ildə Gemini 12 layihəsi çərçivəsində kosmosa uçub. 20 iyul 1969-cu il tarixində Apollo 11 missiyası ilə Ay'a ayaq basan Aldrin, bu tarixi an üçün özünün seçilməsini arzulamasına baxmayaraq, Neil Armstrong bu şərəfi yaşayıb. Missiya uğurla başa çatdıqdan sonra ekip Dünyaya qayıdıb.
Aldrin, mart 1972-ci ildə 21 il müddətində çalışdığı NASA-dan ayrılıb və yenidən hava qüvvələrinin idarəetmə heyətinə qayıdıb. Lakin karyerası şəxsi problemlər səbəbindən davam edə bilməyib. Özünün "Return to Earth" (Yerə Qayıdış) adlı avtobioqrafik əsərində, NASA-dakı karyerasından sonrakı illərdə klinik depressiya və alkoqolizm ilə mübarizə apardığını qeyd edib.
NASA və ordu ilə bağlı vəzifələrindən ayrıldıqdan sonra özəl sektorda məsləhətçi kimi fəaliyyət göstərib. NASA tərəfindən Ay'da bir kratere və 6470 nömrəli göktaşına onun adı verilib.