Bioqrafiya
Alpaslan Beşikçioğlu, 18 fevral 1936-cı ildə İzmir şəhərində anadan olub. O, Türk iş adamı və sanayicisidir. 1955-ci ildə İstanbul Robert Kollecindən məzun olduqdan sonra, 1956-cı ildə Cənubi Koreyada Birləşmiş Millətlər qoşunları ilə Türk komandirləri arasında tərcüməçi kimi xidməti borcunu yerinə yetirmişdir.
Məzuniyyətindən sonra, dedəsi və babası tərəfindən qurulan quru meyvə ixracatı işində fəaliyyətə başlamış və 1957-ci ildə İzmirin İtfaiyə Məhəlləsində öz müəssisəsini qurmuşdur. Alpaslan Beşikçioğlu, illər ərzində işini böyüdərək mövsümi işçi sayını 1.500-ə çatdırmış, Dış Ticaret A.Ş. ilə 1965-1970-ci illərdə Ege bölgəsində ən çox ixrac edən və ən çox vergi ödəyən firma olmuşdur.
1970-1987-ci illərdə Asiya, Avropa, Afrika və Avstraliyaya quru ərik və quru üzüm ixracında dünyanın birincisi olmağı bacarmışdır. 1982-ci ildə Türkiyə vergi rekortmeni unvanını qazanmış, 1983-cü ildə isə Türkiyədə ən çox ixrac edən ilk 5 firma arasında yer almışdır. Xeyriyyəçilik fəaliyyəti ilə tanınan Beşikçioğlu, İzmir şəhərinə bir çox məktəb, xəstəxana və məscid qazandırmışdır.
1967-ci ildən Nermin Beşikçioğlu ilə evlidir və dörd qızı, beş nəvəsi vardır. Hal-hazırda aktiv iş fəaliyyəti və ixracatla məşğuldur.