Bioqrafiya
Alpaslan Öztürk, 16 iyul 1993-cü ildə Belçikanın Antwerpen şəhərində anadan olub. Futbol karyerasına 12 yaşında, 2005-ci ildə Berchem Sport klubunun gənclər komandasında başlayıb. Daha sonra Germinal Beerschot və Birmingham City-nin gənclər komandalarında inkişafını davam etdirmişdir.
Peşəkar karyerasına 2011-ci ildən Birmingham City-də başlamış, ardınca Beerschot, Standard Liège, Kasımpaşa və Eskişehirspor komandalarında oynamışdır. 2017-ci ildə Elazığspor-a transfer olub. Alpaslan, Türkiyə milli komandası üzrə bütün alt kateqoriyalarda forma geyinmişdir.
Həmçinin Belçika U18 və U19 milli komandasının formasını da daşımışdır. Belçika milli komandasının heyətində 2, Türkiyə milli komandasının heyətində isə 1 qol vurub. Alpaslan, Çin klublarından gələn transfer təkliflərini, pulun 10%-ni Şərqi Türküstana bağışlamaq şərti ilə geri çevirmişdir.
2015-ci ildə tanınmış manken Ebru Şancı ilə evlənmiş və bu evlilikdən 14 oktyabr 2016-cı ildə ikizləri Ceylin və Milla dünyaya gəlib. Alpaslan Öztürk, Ahıska türklərindən olub, əsilində Posof, Ardahanlıdır. Yengeç bürcüdür.