Bioqrafiya
Amine Gülşe, 30 aprel 1993-cü ildə İsveçin Göteborq şəhərində anadan olub. Atası tərəfindən İraqın Kerkük bölgəsindən olan Gülşe, Göteborq Regional International High School məktəbini bitirmişdir. Atası Galatasaray Klubunda disk atıcı olaraq idman karyerasını davam etdirmiş və daha sonra İsveçə köçmüşdür.
2013-cü ildə qardaşının işləri səbəbindən anası və qardaşı ilə birgə İzmirin Bergama bölgəsinə köçmüşdür. 2014-cü ildə keçirilən Miss Turkey gözəllik yarışmasında iştirak edərək birinci yer qazanmışdır. Bu uğur, onun aktrisa karyerasına addım atmasına imkan tanımışdır.
Gülşe, "Asla Vazgeçmem" və "İkisini də Sevdim" kimi televiziya serialarında baş rol oynamışdır. Uzun müddətdir dünya şöhrətli Türk əsilli futbolçu Mesut Özillə olan münasibəti ilə gündəmə gəlməkdədir. 7 iyun 2019-cu il tarixində Özil ilə evlenmiş və 30 mart 2020-ci ildə Eda adlı bir qızı dünyaya gəlib.
Amine Gülşe, İspan, Türk, İsveç və İngilis dillərini sərbəst danışa bilir.