Bioqrafiya
Anant Ambani, Hindistanın ən varlı iş adamı Mukesh Ambani’nin kiçik oğludur. 10 aprel 1995-ci ildə Hindistanın Mumbai şəhərində anadan olub. Ambani ailəsi, Hindistanın və Asiyanın ən zəngin ailələrindən biridir.
Anant, Brown Universitetində bakalavr təhsilini tamamlayaraq, ailə şirkətinin bərpa olunan enerji sahəsində genişlənmələrini idarə etmək vəzifəsini üzərinə götürmüşdür. Eyni zamanda, Gujarat ştatının Jamnagar şəhərində yerləşən Vantara adlı 3 min dönümlük heyvan xilasetmə mərkəzini idarə edir. Anant Ambani, 12 iyul 2024-cü ildə Radhika Merchant ilə evlənmişdir.
Radhika, məşhur dərman istehsalçısı Viren Merchant'ın qızıdır və Encore Healthcare-də marketinq müdiri olaraq çalışır. Cütlük 2017-ci ildə ortaq dostları vasitəsilə tanış olub. Toylarından əvvəl məşhur müğənni Rihanna'nın performans göstərdiyi üç günlük bir nişan məclisi təşkil ediblər.
Eyni zamanda, ailə may ayında dəvətlilərini David Guetta, Katy Perry və Pitbull-un da çıxış etdiyi İtaliyadan Fransa istiqamətinə üç günlük gəmi səyahətinə çıxarıb. Anant Ambaninin atası Mukesh Ambani, Forbes məlumatına görə, 116 milyard dollarlıq xalis sərvəti ilə dünyanın ən varlı 9-cu insanıdır. Ambani ailəsi, Mumbayda 1 milyard dollar dəyərində Antila adlı 27 mərtəbəli bir binaya sahibdir.
Bu bina üç helikopter meydançası, 160 avtomobil tutumlu qaraj, xüsusi kino zalı, üzgüçülük hovuzu və idman mərkəzi kimi bir çox lüks imkanlardan ibarətdir.