Bioqrafiya
Entoni Burces, 25 fevral 1917-ci ildə Harpurhey, Mançester, İngiltərə-də anadan olub. Tam adı Con Burces Villson olan Burces, anası Elizabet və atası İosif Villsonun oğludur. Anası bir yaşında vəfat etdiyindən, Burces xalasının yanında böyüyüb.
1937-1940-cı illərdə Mançester Universitetində ingilis ədəbiyyatı və səsbilim üzrə təhsil alıb. 1954-1959-cu illərdə İngilis müstəmləkəsi olan Malaya və Borneo-da müəllimlik edib və bu dövrdə Malaya-da baş verən üç roman yazıb. 41 yaşında İngiltərəyə döndükdə beynində şiş olduğu və bir il içində öləcəyi diaqnozu qoyulub.
Ancaq bu diaqnoz yanlış çıxıb və Burces bu prosesdə beş-altı roman yazaraq ədəbi karyerasına sürətlə davam edib. 50-dən artıq roman və kitab yazmış Burces, müasir ingilis ədəbiyyatının ən məhsuldar yazıçılarından biri hesab olunur. 1970-1972-ci illərdə ABŞ-da Prinston Universiteti və Nyu-York Şəhər Kollecində dərs deyib, 1975-ci ildə isə Monakoya köçüb.
1993-cü ildə St John’s Wood, London-da ağciyər xərçəngi səbəbiylə 76 yaşında vəfat edib. Burces, 1942-ci ildə Llevella Conz ilə evlənib və bu evlilikdən Paolo Endryu Burces Villson adında bir oğlu olub. Arvadı 1968-ci ildə vəfat etdikdən sonra, sentyabr 1968-də Liana Burces ilə evlənib.
Burces, 1971-ci ildə amerikalı rejissor Stenli Kubrik tərəfindən ekranlaşdırılan "A Clockwork Orange" (Otomatik Portakal) adlı romanı ilə tanınmışdır.