Bioqrafiya
Avqust Strindberq, 22 yanvar 1849-cu ildə Stokholm, İsveçdə anadan olub və 14 may 1912-ci ildə yenə Stokholmda 63 yaşında mədə xərçəngindən dünyasını dəyişib. Tam adı Yohan Avqust Strindberq olan yazıçı, ailəsinin yeddi övladından üçüncüsüdür. Uşaq yaşlarında bədbəxt bir həyat keçirən Strindberq, 7 yaşında intihara cəhd edib və 13 yaşında anasını itirib.
Bu hadisələr onun yaşamı boyunca üsyankar bir tutum inkişaf etdirməsinə səbəb olub. Teatra marağı olduğu üçün bir neçə teatrda mühasib kimi çalışıb, uğursuz bir aktyorluq cəhdi edərək, daha sonra pyeslər yazmağa başlayıb. 1870-ci ildə Upsala Universitetində müasir dillər və estetik öyrənmək üçün geri dönüb.
İlk əsəri 1870-ci ildə səhnələşdirilib, 1879-cu ildə nəşr etdiyi “Qırmızı Oda” adlı romanı ilə böyük bir müvəffəqiyyət qazanıb. Bu əsər, İsveçin ilk müasir romanı kimi qəbul edilir. Strindberq, 1883-1889-ci illərdə Fransa, İsveçrə, Almaniya və Danimarkaya səyahət edib, 1893-cü ildə Parisdə ikinci dəfə evlənib.
Eserlərində cəmiyyət tənqidi və qadın-kişi münaqişəsi mövzularını işıqlandıran pyeslər yazıb. Strindberq, ədəbiyyatçılığının yanında astronomiya, kimya və zoologiya kimi elmlərlə də həvəskar olaraq maraqlanıb. 120-dən çox əsər qələmə alan Strindberq, Avropa və Amerikan teatra üzərində böyük bir təsir buraxıb.