Bioqrafiya
Ayşe Ekiz musiqi dünyasının sevilən simalarından biridir. 1978-ci ilin dekabr ayında Adanada anadan olub və Oğlaq bürcüdür. İlkokul təhsilini bitirdikdən sonra Almanca Anadolu Liseyində orta məktəb və lisey təhsili alıb.
Müsqi karyerasına 8 yaşında, ilkokul dövründə Adana Divan Musiqi Dərnəyinə qoşulmaqla başlayıb. Bu dərnəkdə 10 il ərzində solist olaraq fəaliyyət göstərib. Həmçinin, Adana Divan Musiqi Dərnəyinin Türk Musiqisi adına uşaq korosunun yaradılmasına liderlik edib.
1996-cı ildı İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasını qazanıb və burada Selahattin İçli, Alaeddin Yavaşça və Tülin Korman kimi tanınmış şəxslərdən dərs alıb. Təhsil dövründə 1997 və 1998-ci illərdə TRT Amatör Səs Yarışmasında Marmara Regional 1-ci yeri və Türkiyə 3-cü yerini qazanıb. Daha sonra TRT İstanbul Radiosunda solist kimi fəaliyyət göstərib və bir sıra konsertlər, canlı və radio proqramlarında iştirak edib.
Məşhur sənətçi Bülent Ersoy ilə televiziya proqramlarında işləyib, Zeki Çətin ilə də uzunmüddətli layihələrdə yer alıb. Hal-hazırda isə həm ölkə daxili, həm də xaricdə bir çox konsert və proqramlarla sənət həyatını davam etdirir. Ayşe Ekiz musiqi karyerasının yaninda, kanun ifaçısı Devrim Ekiz ilə evlidir.