Bioqrafiya
Aysun Karaytuğ 19 dekabr 1980-ci ildə Adanada anadan olub. İqtisadiyyat sahəsində ixtisaslaşmış ekonimist olan Karaytuğ, karyerasına 2000-ci ildən başlayıb və 2011-ci ilə qədər Yapı Kredi Bankası və Garanti Bankasında Korporativ İnvestisiya Bankçılığı Departamentinin direktoru vəzifəsində çalışıb. Hazırda Gigant Swiss Wealth Management şirkətində Avropa, Orta Şərq və Afrika ölkələri üzrə direktor vəzifəsini icra edir.
Eyni zamanda, Gigant CIP (Customized Investment Portfolio) ölkə meneceri kimi Türkiyənin tanınmış iqtisadi kanallarında ekspert kimi çıxış edir və qurumunu təmsil edir. Təhsil həyatına Adana Kollecində başlayan Aysun, daha sonra San Diego Dövlət Universitetində Beynəlxalq İqtisadiyyat və İstanbul Universitetində Psixologiya üzrə ikili ixtisas təhsili alıb. Aysun Karaytuğ maliyyə, iqtisadiyyat, bazar, valyuta, neft və qızıl qiymətləri mövzularında apardığı analizlərlə diqqət çəkir.
Hal-hazırda BloombergHT kanalında Erda Gerçəklə iqtisadiyyat və fond bazarı gündəmivə dair proqramlar təqdim edir, əlavə olaraq CNN Türk ekranlarında Gülfem Saydan Sanverlə birlikdə həftəsonu proqramında iştirak edir. Aysun Karaytuğ yarı yuqoslav və yarı arnavut mənşəlidir və yaşamını dövri olaraq İstanbul, İsveçrə və Zürixdə keçirir. Sosial media hesabları vasitəsilə aktiv şəkildə izləyiciləri ilə ünsiyyət qurur.
Aysun Karaytuğ İzləyici Qrafikləri
Son 30 günlük izləyici dəyişimi



