Bioqrafiya
Aytaç Arman 1949-cu ildə Adana şəhərində anadan olub. Adana Erkek Sanat Enstitütünün məzunu olan Arman 1966-cı ildən Tarsusda bir boya fabrikasında işçi kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Ekstra Ekspres qəzetinin təşkil etdiyi artist yarışmasında ikinci yerin sahibi olmuşdur.
Bu yarışmanın qalibi isə tanınmış aktyor Tarık Akan olub. Aktyorluq karyerasına başlayan Arman bir çox önəmli film-də rol alıb. 1997-ci ildən Radife Baltaoğlu ilə evli olan Armanın bir övladı var.
Sinema karyerasında "Hayat Cehennemi", "Elveda Yavrum", "Tatlı Dillim" kimi bir çox filmdə yer almış, son olaraq 2014-cü ildə "Toz Ruhu" filmində Avni obrazını canlandırmışdır. Arman 2003-cü ildə "Gönderilmemiş Mektuplar" filmi ilə Ən Yaxşı Yardımçı Erkək Aktyor mükafatı qazanmış, 1988 və 1980-ci illərdə də Ən Yaxşı Erkək Aktyor mükafatlarına layiq görülmüşdür. Uzun müddət xərçəng müalicəsi alan Aytaç Arman 26 fevral 2019-cu ildə 70 yaşında həyatdan köçüb.