Bioqrafiya
Banu El, 30 avqust 1981-ci ildə Almaniyanın Hamburg şəhərində anadan olub. İki bacıdan biridi və ondan kiçik bir bacısı var. Almanyadan Türkiyəyə döndükdən sonra təhsilini Kocaelidə tamamlayıb.
İdman karyerasına lisenziyalı voleybolçu olaraq başlayıb, 1999-cu ildə peşəkar həyatı Kocaelidəki TV 41-də fəaliyyətə başlayıb. Daha sonra Fox TV xəbər mərkəzində müxbirlik edib və NTV-də spiker kimi çalışıb. 2011-ci ildən Turkuvaz Media Qrupunun yeni açdığı A Haber kanalına keçib və o gündən bu yana burada spiker və moderator kimi karyerasını davam etdirir.
Banu El, Siyasi Tarix sahəsində magistr dərəcəsini Franz von Papen-in Türkiyə nümayəndəliyi dövrü ilə bağlı yazdığı dissertasiyası ilə tamamlayıb. Onun dərc olunmuş məqalə və kitab bölmələri mövcuddur. Keçmişdən bu günə qədər Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan, Binali Yıldırım, Sali Berisha və Tarık El Haşimi kimi bir çox tanınmış simalarla müsahibələr aparıb və əhəmiyyətli televiziya proqramlarının moderasiyasını həyata keçirib.
Televiziyadakı fəaliyyətinə əlavə olaraq, panel və konfranslarda təqdimatçı və moderator olaraq işlərini davam etdirir. Bu vaxta qədər A Haber, ATV, Fox TV və NTV kanallarında çalışıb. Banu El, sosial media platformalarında aktivdir və Twitter ilə Instagram hesabları var.
Lakin, hazırda Facebook səhifəsi yoxdur və istifadə etmir.