Bioqrafiya
Bernd Schuster 22 dekabr 1959-cu ildə Qərbi Almaniyanın Augsburg şəhərində anadan olub. Futbol karyerasına 1978-ci ildə Almaniyanın 1. FC Köln komandasında başlayıb və burada 1980-ci ilədək oynayıb.
Schuster 1980-ci ildə FC Barcelona-a transfer olunaraq dünya miqyasında tanınmağa başlayıb. Barcelona-da 170 oyuna çıxıb və 63 qol vurub. 1988-ci ildə Real Madrid-ə transfer olan Schuster burada da 62 oyunda 13 qol qeydə alıb.
Daha sonra Atletico Madrid və Bayer Leverkusen kimi komandalar da aktiv olub. Futbol karyerasını 1997-ci ildə Meksikanın Club Universidad Nacional Pumas komandasında başa vurub. Futbolu bitirdikdən sonra məşqçilik kariyerasına yönəlib və Fortuna Köln, I.
FC Köln, Xerez CD, Şaxtyor Donetsk, Levante UD və Getafe komandalarında çalışıb. 2007-2008 mövsümündə Real Madrid-in başına keçərək, komandası ilə tarixi bir uğur əldə edib. 10 avqust 2010-cu ildə Türkiyə Super Liqasının komandalarından Beşiktaş ilə iki illik müqavilə imzalayaraq Türkiyə liqasına daxil olub.