Bioqrafiya
Billy Zane, 24 fevral 1966-cı ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. Yunan mənşəli bir ailənin oğlu olan Zane, aktyorluq təhsilini İsveçrə və ABŞ-da tamamlayıb. Kinokaryerasına 1985-ci ildən "Gələcəyə Dönüş" filmi ilə başlayan Zane, bu filmdəki rolu ilə diqqətləri üzərinə çəkib.
1989-cu ildə "Dead Calm" filmindəki psixopat Hughie Warriner obrazı ilə beynəlxalq şöhrət qazanıb. Zane, 1997-ci ildə James Cameronun rejissorluq etdiyi "Titanic" filmindəki Caledon Hockley xarakterini canlandıraraq böyük uğur əldə edib və bu rola görə bir çox mükafat alıb. 1998-ci ildə "I Woke Up Early The Day I Died" filmində də əhəmiyyətli bir rol ifa edib.
Kinokaryerası ilə yanaşı, Broadway-də "Chicago" musiqili daxil olmaqla bir çox teatr əsərində də iştirak edib və Marilyn Manson-un "The Dope Show" adlı mahnısına çəkilən klipdə rol alıb. Səs vermə sahəsində də uğurlu işlər görərək "Pocahontas 2" filmində John Rolfe xarakterini səsləndirib. 2006-cı il istehsalı "Kurtlar Vadisi Irak" filmində acımasız bir Amerikan əsgəri olan Sam William Marshall rolunu canlandırıb.
Zane, 2008-ci ildən etibarən ellidən çox film və bir çox televiziya serialında çıxış edib.