Bioqrafiya
Binnaz Toprak 1942-ci ildə Sivasda anadan olub. Anası Emine Hikmet xanım, atası isə Cemil bəydir. Təhsil həyatına Üsküdar Amerikan Liseyində başlamış, daha sonra New York Hunter College-də Siyasət Bilimi fakültəsini tamamlayıb.
Sonra City University of New York Graduate Center-də doktorantura çalışmalarını başa vuraraq akademik karyerasına Boğaziçi Universitetində Siyasət Bilimi və Beynəlxalq Münasibətlər bölümündə başlayıb. Bu universitetdə doçent və professor unvanlarını alıb, bölüm rəhbərliyi, fakültə şurası və idarə heyətinin üzvü, habelə universitet senatının üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda Koç və Minnesota universitetlərində qonaq müəllim kimi dərs deyib, Bahçeşehir Universitetində isə müəllimlik və bölüm rəhbərliyi işlərində çalışıb.
Binnaz Toprak Radikal qəzetində köşə yazar olaraq fəaliyyət göstərib və ingilis və türk dillərində 5 kitabı nəşr olunub. St. Olaf College-dan fəxri doktor unvanı alıb, çox yaxşı səviyyədə fransız və ingilis dilini bilir.
2011-ci il ümumi seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul 3-cü bölgə milletvekili kimi parlamentdə yer alıb. Binnaz Toprak evlidir və bu evlilikdən bir övladı var. Həyat yoldaşı Zafer Toprak Boğaziçi Universitetində tarix professorudur.