Bioqrafiya
Brandon Routh, 9 oktyabr 1979-cu ildə ABŞ-ın İowa ştatının Des Moines şəhərində anadan olub. O, Amerikalı bir kino aktyoru və keçmiş modeldir. Aktyorluq karyerasına Los-Ancelesə köçərək başlayan Routh, bir çox televiziya istehsalatında iştirak etdikdən sonra 2006-cı ildə "Superman Returns" filmində Supermen rolunu canlandıraraq tanınmağa başlayıb.
Routh, Iowa Universitetində bir il yazıçı olmaq üçün təhsil aldıqdan sonra modellik edərək yaşayışını təmin etmiş və Norwalk İncəsənət Teatrında müxtəlif istehsalatlarda səhnə almışdır. 1999-cu ildə universiteti tərk edərək New York City-yə, ardından isə Los-Ancelesə köçüb və burada aktyorluq karyerasına fokuslanıb. İlk olaraq Christina Aguilera-nın "What a Girl Wants" musiqi videosunda yer almış, daha sonra "Odd Man Out" və "Undressed" seriallarında rol almışdır.
2001-ci ildə "Gilmore Girls" serialında qonaq aktyor olaraq çıxış etdikdən sonra "One Life to Live" serialında daimi rol tutmuşdur. Routh, "Cold Case", "Will & Grace" və "Oliver Beene" kimi seriallarda da qonaq aktyor olaraq rol almışdır. 2004-cü ildə "Superman" rolunu canlandırmaq üçün bir çox tanınmış aktyorlar düşünülərkən, rejissor Bryan Singer, Routh-un Christopher Reeve-ə oxşarlığından ilhamlanaraq onu seçmişdir.
Routh, 2004-cü ildən aktyr Courtney Ford ilə birlikdədir. Cütlük, 24 noyabr 2007-ci ildə evlənib və 10 avqust 2012-ci ildə Leo James Routh adında bir oğul övladı dünyaya gətiriblər.