Bioqrafiya
Kassandra Clare, 31 iyul 1973-cü ildə İranın paytaxtı Tehran şəhərində amerikalı bir ailənin övladı olaraq dünyaya gəlib. Əsl adı Judith Rumelt olan Clare, uşaqlığının böyük bir hissəsini ailəsi ilə birgə dünyanı gəzərək keçirib. On yaşına qədər İngiltərə, Fransa və İsveçrə kimi ölkələrdə yaşamış, daha sonra lise təhsili üçün Los Angeles’a köçüb.
2004-cü ildən "Ölümcül Oyuncaklar" serisi üzərində çalışmağa başlayıb və 2007-ci ildə serinin ilk kitabı "Kemikler Şehri"ni nəşr etdirib. Bu kitab, New York Times bazar siyahısına düşüb. Ardınca 2008-ci ildə "Küller Şehri" və 2009-cu ildə "Camlar Şehri" kimi davam kitabları da böyük maraq doğurub.
Clare, 2011-ci ildə "Düşmüş Melekler Şehri" adlı kitabla seriyasını davam etdirib. 2009-cu ildən yeni bir seriya üzərində çalışmağa başlayıb və 2010-cu ildə "Cehennem Makineleri" serisinin ilk kitabı "Mekanik Melek"i oxucularına təqdim edib. Bu serinin davamı olan "Mekanik Prens" və "Mekanik Prenses" 2011 və 2013-cü illərdə nəşr olunub.
Clare, Holly Black ilə yaxın dostluq qurmuş və zaman-zaman kitabları arasında xarakter mübadiləsi aparıb. Hal-hazırda Joshua Lewis ilə evli olan Kassandra Clare, Massachusettsdəki Amherst şəhərində, həyat yoldaşı və üç pişiyi ilə birgə yaşayır.