Bioqrafiya
Dan Castellaneta, 29 oktyabr 1957-ci ildə ABŞ-ın Çikaqo şəhərində anadan olub. 68 yaşında olan Castellaneta, kino, teatr və səs aktyorluğu ilə tanınır. O, dünyanın ən uzun müddət fasiləsiz yayımlanan cizgi filmi olan "The Simpsons"ın baş xarakteri Homer Simpson-u səsləndirməsi ilə məşhurdur.
21 ildir ki, bu xarakteri səsləndirən Castellaneta, bölmə başına 400.000 dollar qazanaraq ən çox qazanan səs aktyorlarından biridir. Universitet təhsilini bitirdikdən sonra doğaçlama dərslərinə başlayan Castellaneta, bu müddətdə Deb Lacusta ilə tanış olub. 1983-1987-ci illər arasında Çikaqodakı "The Second City" adlı doğaçlama teatrında aktyor kimi fəaliyyət göstərib.
1987-1990-cı illərdə "The Tracey Ullman Show"da bir çox fərqli personajları canlandırmış və bir neçə filmə də qatılmışdır. "The Simpsons" cizgi filmi layihəsinin iştirakçısı olan Castellaneta, Homer Simpson-dan başqa bir çox yan xarakterləri də səsləndirir. 1992, 1993, 2004 və 2009-cu illərdə "Primetime Emmy Award" mükafatında "Ən Yaxşı Səs Aktyoru" mükafatına layiq görülüb.
1989-dan 1998-ə qədər bölmə başına 30.000 dollar kimi aşağı bir məvaciblə çalışan Castellaneta, 1998-2004-cü illər arasında maaşını 125.000 dollara qaldırmağı bacarıb. 2009-cu ildən etibarən isə bölmə başına 400.000 dollar qazanır. Deb Lacusta ilə evli olan Castellaneta, həyat yoldaşı ilə birlikdə Los Angelesdə yaşayır.
Cütlük, "The Simpsons"ın dörd bölümünün də müəllifi kimi tanınır.