Bioqrafiya
Devid Franson, 4 mart 1947-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Tam adı Devid Harold Franson olan sənətçi, Vermont Universitetindən geologiya və paleontologiya ixtisasları üzrə 1970-ci ildə məzun olub. Məzuniyyətini başa vurduqdan sonra dünya üzrə motosiklet səyahətinə çıxaraq, Avropa, Türkiyə, Kipr, Orta Şərq, Cənub Asiya, Hindistan, Tayland, Malayziya, Sinqapur, Avstraliya və Cənubi Amerikanı ziyarət edib.
Kino karyerasına 1986-cı ildə "Jumpin Jack Flash" filmi ilə başlayıb, daha sonra 1992-ci ildə "Citizen Cohn" adlı televiziya filmində senarist kimi fəaliyyət göstərib. 1997-ci ildə Stiven Spilberqin rəhbərliyi altında çəkilmiş və gerçək bir hadisəyə əsaslanmış "Amistad" filminin senari müəllifi olub. 2000-ci ildə Ridli Skottun rejissorluğu ilə çəkilmiş, Rassel Krou və Xoakin Feniksin baş rollarda oynadığı "Gladiator" filmində senarist kimi iştirak edib və bu film 2000-ci ildə Qızıl Qlobus Mükafatında "Ən Yaxşı Film" mükafatını qazanıb.
2004-cü ildəsə "Kral Artur" adlı filmin senarisini yazıb. Devid Franson, 2016-cı ildə Mevlana Cəlaləddin Ruminin həyatı ilə bağlı yeni bir film çəkmək niyyətində olduğunu bildirib. Kino karyerası ilə yanaşı, prodüser və aktyor kimi də müxtəlif layihələrdə yer alıb.
Devid Franson, Nensi Franson ilə evlidir və Hudson Franson adlı bir oğlu var.