Bioqrafiya
David Pierre Guetta, 7 noyabr 1967-ci ildə Paris, Fransa da dünyaya göz açmışdır. Atası Fasdan köçən bir yəhudi, anası isə Belçika mənşəlidir. Musiqi karyerasına 1980-ci və 90-cı illərdə klublarda DJ-lik etməklə başlamış, 2001-ci ildə “Just a Little More Love” adlı ilk albümünü satışa çıxarmışdır.
Ardında “Guetta Blaster” (2004) və “Pop Life” (2007) albümləri ilə musiqi kariyerasına davam etmişdir. 2009-cu ildə “One Love” adlı dördüncü studiya albümünü yayımlamış, 2011-ci ildə isə “Nothing But the Beat” albümünü təqdim etmişdir. David Guetta, Madonna, Rihanna, Akon, Black Eyed Peas, Jennifer Lopez, Shakira və Kelly Rowland kimi tanınmış sənətçilərlə çalışaraq beynəlxalq alanda tanınan bir prodüser halına gəlmişdir.
1994-cü ildə ilk single'ını “Up & Away” adlı parça ilə təqdim etmiş, 1995-ci ildə “Le Palace” adlı bir gecə klubunun meneceri olmuşdur. 2007-ci ildən etibarən “Pop Life” albümünün tanıtımı üçün dünya miqyasında DJ performansları sərgiləmişdir. 2010-cu ildə DJ Mag jurnalı tərəfindən dünyanın ən yaxşı ikinci DJ’i seçilmiş və 5 Grammy mükafatı üzrə namizədlik əldə etmişdir.
2011-ci il Grammy mükafatlarında Madonna ilə birlikdə “Revolver” adlı remiks ilə ilin ən yaxşı remiksi mükafatını qazanmışdır. David Guetta 1992-ci ildən Cathy Guetta ilə evlidir və Tim Elvis (2004 doğumlu) və Angie (2007 doğumlu) adlı iki övladı vardır. DJ mükafatları arasında 2007-ci ildə Beynəlxalq Ən Yaxşı DJ və Ən Yaxşı Ibiza Gecəsi mükafatları da vardır.
David Guetta, DJ Mag Top 100 DJ reytinqində Armin Van Buuren-dən sonra ikinci yerdədir.