Bioqrafiya
Devid Rokfeller 12 iyun 1915-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub və 20 mart 2017-ci ildə Nyu-Yorkun Pocantico Hills bölgəsində həyatını itirib. 102 yaşında vəfat edən Rokfeller dünyanın ən zəngin adamlarından biri kimi tanınır. Onun ailəsi ABŞ-ın ən tanınmış və təsirli ailələrindən biri olan Rokfeller ailesidir.
Dedəsi Con Devison Rokfeller Standard Oil Company-nin qurucusudur. Devid Rokfeller, 1936-cı ildə Harvard Universitetini bitirdikdən sonra London İqtisad Məktəbində təhsilini davam etdirdi. 1940-cı ildə Çikaqo Universitetində “İstifadə olunmayan resurslar və İqtisadi İsraf” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
1946-cı ildən Chase Manhattan Bankında çalışmağa başladı və 1960-cı ildən bankın prezidenti oldu. 1969-1981-ci illərdə isə Chase-in İdarə Heyətinin sədri vəzifəsini icra etdi. Devid Rokfeller, 1949-cu ildən Xarici Əlaqələr Şurasına katib olaraq daxil olub və bu şura II Dünya Müharibəsindən sonra Qərbi Avropanın iqtisadi cəhətdən gücləndirilməsinə dəstək verib.
Forbes jurnalının məlumatına görə, onun şəxsi servəti 3.2 milyard dollar olaraq qiymətləndirilir. 2008-ci ildə Harvard Universitetinə 100 milyon dollar ianə edib. Devid Rokfeller, Peqi Makqrat ilə evlənib, onun həyat yoldaşı 1996-cı ildə vəfat edib.
Onun uşaqları arasında Riçard Rokfeller, Devid Rokfeller Jr., Neva Rokfeller Qudvin, Peqi Dulani, Eylin Rokfeller Qrovold və Abi Rokfeller var. Həyatı boyunca bir çox sağlamlıq problemləri ilə mübarizə aparan Rokfeller, son 38 il ərzində 6 ürək, 3 böyrək və 2 ağciyər transplantasiyası əməliyyatı keçirib.