Bioqrafiya
Davut Gül 1974-cü ildə Erzurumun Horasan rayonunda anadan olub. İlk və orta məktəb təhsilini burada tamamladıqdan sonra, liseyi Kadıköy Mehmet Beyazıt Liseyində bitirib. Ali təhsilini Şimali Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada yerləşən Yakındoğu Universitetində Beynəlxalq Münasibətlər ixtisasında alıb.
2000-ci ildə Gaziantepdə kaymakam namizədi olaraq iş həyatına başlayan Gül, karyerasını Muğla-Kavaklıdere və İzmir-Kemalpaşa rayonlarında kaymakam müavini kimi davam etdirib. O, İngiltərədə xaricdə təcrübə keçib və Ankara Universitetinin Siyasal Bilgiler Fakultəsində magistratura təhsilini başa vurub. 2003-2005-ci illər ərzində Siirt-Şirvan Kaymakamı, 2005-2006-cı illərdə Karaman Vali Müavini, 2006-2009-cu illərdə isə Sivas-Gürün Kaymakamı vəzifələrində çalışıb.
2009-cu ildə Türk İdareciler Derneği tərəfindən İlğin Kaymakamı seçilib və Şehit Kaymakam Ersin Ateş Mükafatına layiq görülüb. 2015-ci ildə İçişləri Nazirliyinin Mahalli İdarələr Ümumi Müdürlüğü Dairə Başçılığına təyin edilib, 9 iyun 2016 - 5 noyabr 2018-ci il tarixləri arasında Sivas Valisi və 27 oktyabr 2018 - 5 iyun 2023-cü il tarixləri arasında Gaziantep Valisi olaraq fəaliyyət göstərib. 5 iyun 2023-cü ildən etibarən isə İstanbul Valisi olaraq təyin olunub.
Davut Gül evlidir və iki uşağın atasdır.




