Bioqrafiya
Duşko Toşiç, 19 yanvar 1985-ci ildə Serbiyanın Zrenjanin şəhərinin Orlovat qəsəbəsində anadan olub. Futbol kariyerəsinə 2002-ci ildən Belqrad klubunda başlayıb, daha sonra 2006-cı ildə Fransa çempionatının Soşo komandası ilə müqavilə imzalayıb. 2007-2008 mövsümünün başlanğıcında Almaniyanın Verder Bremen klubuna transfer olmuş və burada 2010-cu ilədək oynamışdır.
12 fevral 2010-cu ildə İngiltərənin Portsmut komandasına keçmiş, lakin burada yalnız bir oyun keçirəndən sonra QPR (Queens Park Rangers FC) klubuna icarəyə verilib. QPR-da 5 oyun oynadıqdan sonra yenidən Portsmuta qayıdıb. 2010-cu ilin ikinci yarısında Serbiyanın Qızıl Ulduz klubuna transfer olunmuş və burada ardıcıl iki mövsüm Serbiya liqasında ilin müdafiəçisi seçilib.
2011-2012 yay transfer dövründə İspaniyanın Real Betis klubuna icarəyə verilib. 2012-ci ildə 600.000 avro müqabilində 3 illik müqavilə imzalayaraq Gənclərbirliyi klubuna transfer olub. 2 iyun 2015-ci ildə Beşiktş futbol klubuna 2+1 illik anlaşma ilə qatılıb.
Həmçinin, 2006-cı ildən Serbiya milli komandasının formasını geyinməyə başlayıb. Futbol kariyerasından əlavə, 2008-ci ildə serb müğənnisi Jelena Karleuşa ilə evlənib və çiftlikdən Atina ilə Nika adında iki uşağı var.