Bioqrafiya
Ecem Uzun, 17 iyun 1992-ci ildə İstanbulun Sarıyer rayonunda anadan olub. Əslən Rizəli olan Ecem, Kadir Has Universitetinin Teatr Bölümündən məzun olub. Təhsil həyatına Sarıyerdə başlamış, burada ibtidai məktəbi bitirdikdən sonra Hüseyin Kalkavan Liseyindən məzun olub.
Oyunculuq karyerasına Sarıyer Bələdiyyə Teatrında başlayaraq, ilk televiziya təcrübəsini Ülker reklamı ilə əldə edib. Ecem Uzun, 2004-cü ildə “Aliye” serialında Gülsüm xarakteri ilə çıxış edərək tanınmağa başlayıb. Daha sonra “Geniş Zamanlar”, “Gönül Salıncağı”, “Pulsar”, “Ah Kalbim”, “Küçük Sırlar” və “Aşk Yalanı Sever” kimi layihələrdə rol alıb.
2016-cı ildə “Tereddüt” adlı filmində ən yaxşı qadın aktrisa mükafatını qazanmış, “Koca Dünya” filmində isə Türkan Şoray adına Umut Veren Genç Kadın Oyuncu mükafatına layiq görülüb. Oyunculuqdan əlavə, səsləndirmə işləri ilə də məşğuldur; “Buz Devri 4: Kıtalar Ayrılıyor” filmində Şeftali, “Heidi” filmində Isabelle Ottmann və “Buz Devri: Böyük Çarpışma” filmində Peaches xarakterlərini səsləndirib. 2018-ci ildən etibarən “Jet Sosyete” serialında Alara xarakterini canlandırır.
