Bioqrafiya
Usta sənətçi, musiqiçi və bəstəkar Ekrem Düzgünoğlu 1980-ci ildə Ankarada anadan olub. Çox kiçik yaşlarından bağlama ilə tanış olub və hələ ibtidai məktəb yaşında iştirak etdiyi musiqi yarışmasında 1-ci yeri qazanaraq, Dövlət Nazirliyi tərəfindən mükafatlandırılıb. Orta məktəb və lisey təhsilini doğulduğu və böyüdüyü şəhərdə, yəni Ankarada tamamlayıb.
Universitet təhsili üçün İstanbulda olub və İstanbul Teknik Universitetinin Türk Musikisi Dövlət Konservatoriyasının T.H.M Ses Təhsili bölümünü bitirib. 1999-cu ildə 3 dostu ilə birlikdə Qrup Çığlığı yaradıb və Anadolu Rock üslubunda ilk albümünü buraxıb. Eyni il Zara ilə "Destanlaşan Türküler" adlı bir albümdə düet edib.
Xüsusilə, bu albümdə yer alan "Bir Fırtına Tuttu Bizi" mahnısı musiqi sevənlərin böyük bəyənisini qazanıb. 2005-ci ildə Zara'nın "Zamanı Geldi" albümünün idarəsini onunla bölüşən sənətçi, 2006-cı ildə Gaye Aksu'nun "İlk Adım" və İbrahim Erkal'ın "Yüreğinden Öpüyorum Gülüm" albümünün idarəçiliyini də uğurla həyata keçirib. Təkcə solist kimliyi ilə deyil, həm də musiqiçi və bəstəkar kimi böyük uğurlara imza atan Ekrem Düzgünoğlu, "Karanlıktan Güneşe" adlı ilk solo albümünü 2007-ci ildə musiqi sevənlərlə paylaşıb.
Daha sonra "Kahır" və "İstanbul" adlı albümlərini musiqi bazarına təqdim edib. Ekrem Düzgünoğlu əslən Erzincanlıdır.