Bioqrafiya
Emili Ratajkovski, 7 iyun 1991-ci ildə Londonda, Westminster şəhərində anadan olub. Tam adı Emili O'Hara Ratajkovski olan Emili, Polşa mənşəli memar bir ata və İsrail mənşəli müəllimə bir anaya malikdir. Ailəsinin tək uşağı olan Ratajkovski, beş yaşında ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı Ensinita şəhərinə köçüb.
14 yaşında 'Ford Models' adlı model agentliyinə üzv olaraq karyerasına start verib. 2012-ci ildə Sara Jean Underwood ilə birlikdə Carl's Jr. reklamında iştirak edib.
Lakin 2013-cü ilin yayında Robin Thicke, Pharrell Williams və T.I. tərəfindən ifa olunan 'Blurred Lines' adlı mahnının video klipində çılpaq şəkildə yer alması ilə dünya miqyasında tanınmağa başlayıb. Bu dövrdə məşhur rejissor Devid Finçer tərəfindən aşkar edilən Ratajkovski, 2014-cü ildə 'Gone Girl' (Kayıp Kız) filmində Ben Afflek və Rosamund Pike ilə birlikdə rol alaraq kino karyerasında önəmli bir addım atıb.
2015-ci ildə Zak Efron ilə birgə baş rolda 'We Are Your Friends' (Aşkın Ritmi) filmində yer alıb. 2018-ci ildə Emili, Eymi Şumer və Mişel Uilyams ilə birlikdə 'I Feel Pretty' (Acayip Güzelim) adlı komediya filmində iştirak edib. Emili Ratajkovski, 23 fevral 2018-ci ildə Sebastian Bear-McClard ilə evlənib.
Bugünə qədər bir çox film və serialda rol almış Emili, həm də uğurlu bir model və dövrümüzün seks ikonlarından biri kimi tanınır.