Bioqrafiya
Emir Kır, 1968-ci ildə Belçikanın Şarleroi şəhərində anadan olub. Hazırda Saint-Josse-ten-Noode bələdiyyə sədri kimi fəaliyyət göstərir. 2000-ci ildə Brüsselin Saint-Josse bələdiyyəsində bələdiyyə sədri müavini vəzifəsinə təyin olunub.
2003-cü ildə federal seçkilərdə iştirak etməyə çalışsa da, 220 səs fərqi ilə parlamentə daxil ola bilməyib. 13 iyun 2004-cü ildən etibarən Brüssel bölgəsindən 7 min 409 seçici səsi alaraq bölgə məclisinə üzv seçilib. Emir Kır, 2012-ci ildə Brüssel Hökuməti Dövlət Naziri və Saint-Josse Bələdiyyəsində 3-cü sıradan namizəd olaraq seçkilərdə iştirak edib və hazırkı bələdiyyə sədrini geridə qoyaraq bələdiyyə sədri vəzifəsinə seçilmək hüququnu əldə edib.
2024-cü il yerli seçkilərində ilk turda 50,5% səs nisbəti ilə 29 kürsüdən 17-ni qazanmış, lakin bir neçə səsin əskik olduğu səbəbi ilə seçkilər təkrar olunub. Təkrarlanan seçkilərdə səs nisbətini 55,6%-ə artıraraq 18 üzv seçilib. Emir Kır, xüsusilə xaricilərin dil təhsili sahəsində apardığı işlərlə diqqət çəkir.
Atası, 1960-cı illərdə Belçikada mədənlərdə qonaq işçisi olaraq çalışan müsəlman türk miqrantıdır. Emir Kır, sosialist partiyaya üzvdür və 1995-2020-ci illər arasında Sosialist Partiyada fəaliyyət göstərib.


