Bioqrafiya
Emirkan, 1973-cü ilin iyun ayında İstanbulda anadan olub. Ata tərəfindən kökü Siirtə gedib çıxır. 7 bacı-qardaşdan ibarət bir ailənin 6-cı övladı kimi dünyaya gəlib.
Musiqi karyerasına 1981 və 1984-cü illərdə, hələ 8 və 10 yaşında ikən albüm və film musiqisi yazmaqla başlayıb. O, bir röportajında ilk uşaq sənətçi olduğunu vurğulayıb. İbtidai, orta məktəb və lisey təhsilini Davutpaşada, Osman Ülkümen Anadolu Liseyində tamamlayıb.
Daha sonra İstanbul Texniki Universitetinin Türk Musiqisi Konservatoriyasında musiqi təhsili alıb. 2000-ci ildə peşəkar musiqi karyerasına başlayıb və 'Mahşere Kadar' adlı albümünü musiqi sevərlərlə təqdim edib. Bu albümdə ümumilikdə 11 mahnı vardır və Hakan Altun ilə Ercan Saatçidən əsərlərin yanı sıra anonim parçalar da yer alıb.
2002-ci ildə DMC Plak şirkəti altında 'Ters Köşe' adlı albümünü çıxarıb, bu albümün prodüktörlüyünü Ercan Saatçi, musiqi direktörlüyünü isə Ufuk Yıldırım edib. Daha sonra məşhur sənətçi Orhan Gencebayın sahibi olduğu Kervan Plakçılıq etiketi ilə bir albüm buraxıb və bu albümdə özünə məxsus 3 parçaya yer verilib. Ardınca 'Sevgililər Günü' adlı mahnısını təqdim edib.
Sonuncu dəfə, 9 il aradan sonra yeni bir maxi single ilə izləyiciləri ilə bir araya gəlib və 'Emirkan' adını daşıyan 6 mahnıdan ibarət albümünü musiqi sevərlərə təqdim edib. Emirkan evlidir və bir qızı, bir oğlu var.