Bioqrafiya
Emre Demir, 2004-cü ilin yanvar ayında Mersində anadan olmuş gənc futbolçudur. Futbol kariyerasına, doğub böyüdüyü Mersindəki Kuvayi Milliye komandası ilə başlamışdır. Minik komandalar kategorisində göstərdiyi uğurlu performans nəticəsində Kayserispor-un akademiyasına transfer olunmuşdur.
21 aprel 2014-cü ildən etibarən Filiz lisansı ilə Kayserispor-un akademiyasında oynamağa başlamış və zamanla A komanda heyətinə daxil edilmişdir. 2019-cu il mövsümündə Kayserispor-un baş məşqçisi Bülent Uygun tərəfindən A komandaya çağırılmış və burada göstərdiyi performansla diqqətləri üzərinə cəlb etmişdir. Emre, 2 milyon avro müqavilə dəyəri ilə Barcelona B komandası ilə anlaşma imzalamışdır.
Oyun üslubu Arjantinli futbolçu Lionel Messi-yə bənzədilir. 2019-cu ildə Türkiyə Super Liqasında Gençlerbirliyi ilə keçirilən oyunda 68-ci dəqiqədə oyuna daxil olub, 71-ci dəqiqədə qol ataraq, Türkiyə Super Liqası tarixinin ən gənc qol vuran futbolçusu ünvanını qazanmışdır. Emre, Türkiye U14, U15, U16 və U17 milli komandalarında da forma geyinmişdir.
Hazırda bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilir. Sosial media platforması olan Instagram-da @emre_demir10 istifadəçi adı ilə aktivdir.