Bioqrafiya
Erdal Keser, 20 iyun 1961-ci ildə Sivasda anadan olmuş bir Türk futbolçusudur. Tam adı Ali Erdal Keser olan futbolçu, uşaqlıqda ailəsi ilə birlikdə Qərbi Almaniyanın Hagen şəhərinə köçmüşdür. Futbola burada, şəhərin SSV Hagen komandasının altyapısında başlamışdır.
1984-1985 mövsümündə Galatasaray klubuna transfer olan Keser, burada Jupp Derwallın baş məşqçiliyi altında önəmli bir çıxış əldə etmişdir. Galatasaraydakı ilk rəsmi oyunda Malatyaspora qol vurmuş və mövsüm ərzində Fenerbahçəyə 1, Beşiktaşa isə 2 qol atmışdır. 6 iyun 1986-cı ildə Altay SK ilə keçirilən Baş nazirlik Kubokunda 5 qol vurararaq diqqətləri üzərinə çəkməyi bacarmışdır.
Lakin, baş məşqçi Derwall ilə yaranan narazılıq səbəbindən mövsümün sonunda komandadan ayrılmışdır. Keser, 1982-1991-ci illər arasında Türkiyə Millî Futbol Komandasının formasını ümumilikdə 25 dəfə geyinmiş və 2 qol atmışdır. Futbolçu karyerasından sonra, 2005-2007-ci illərdə Galatasarayda məşqçi Eric Geretsin köməkçisi olmuş, 2014-cü ildə isə Galatasarayda İdari İdman direktoru vəzifəsini icra etmişdir.
2015-ci ildə İsveçrə 2. Liqasında FC Wil 1900 komandasının idman futbol direktoru kimi fəaliyyət göstərmişdir. Keser, futbolçu karyerası boyunca SSV Hagen, Borussia Dortmund, Galatasaray və Sarıyer kimi klublarda iştirak etmişdir.