Bioqrafiya
Ergün Poyraz, 31 yanvar 1963-cü ildə Ankarada anadan olub. 1983-cü ildən Yıldız Universitetinin İnşaat Bölümündə təhsil alıb, lakin iki il sonra məktəbi tərk edərək Aydın’ın Çakırbeyli kəndində bir müddət heyvandarlıqla məşğul olub. 1993-1994-cü illərdə Bilecikdə bir inşaat şirkətində inzibatı məsul şəxs kimi fəaliyyət göstərib.
1985-ci ildə evlənib, 1988-ci ildəsə boşanıb. Yazarlıq karyerasına Aydın’a köçdükdən sonra başlayıb və xüsusilə siyasi partiyalarla dini təriqətlərin quruluşları və aralarındakı əlaqələri araşdıran kitablar yazıb. Poyraz, “Takunyalı Führer”, “Musa'nın AKP'si”, “Musa'nın Mücahiti”, “Musa'nın Çocukları”, “Musa'nın Gülü”, “Patlak Ampul”, “Hilafet Ordusundan Arap Kürt Partisine” və “AKPapa'nın Temel İçgüdüsü” kimi əsərləri ilə tanınır.
Bu kitablarına görə bəzi mühitlərdə antisemitizm ittihamı ilə üzləşib. 27 iyul 2007-ci ildə Ergenekon soruşturması çərçivəsində həbs edilib, 5 avqust 2013-cü ildə 29 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə həbs müddətinin maksimum 5 ilə endirilməsi ilə 6 il 9 ay müddətindəki saxlanmadan sonra azadlığa buraxılıb.
Poyraz, yazarlıq karyerası ilə yanaşı müxtəlif məhkəmə işləri ilə də gündəmə gəlib.