Bioqrafiya
Erich Anton Paul von Daniken, 14 aprel 1935-ci ildə İsveçrənin Zofingen şəhərində anadan olub. Yazdığı kitablarla mümkün olan dünya xarici varlıqların insanlıq tarixinə təsirlərini araşdıraraq tanınan bir tədqiqatçı yazar kimi məşhurdur. Danikenin 26 kitabı 20-dən artıq dilə tərcümə olunub və 60 milyon nüsxədən çox satılıb.
Onun kitablarının təsirləri müasir elmi fantastika filmlərində və günümüzdə yaranan bəzi inanc sistemlərində müşahidə olunur. Təhsil həyatına Fribourg’dakı St. Michael Universitetində başlayıb və burada qədim müqəddəs yazıları öyrənərək fikirlərinin əsaslarını qoyub.
1968-ci ildən İsveçrədə otel meneceri olduğu dövrdə yazdığı ilk kitabı "Erinnerungen an die Zukunft" (Tanrıların Arabaları) ilə böyük bir çıxış əldə edib. Bu kitab ABŞ və Almaniyadan sonra 38 ölkədə bestseller olub. Daniken, ilk kitabından ilhamlanaraq çəkilən "In Search of Ancient Astronauts" adlı televiziya proqramı ilə də bir anda şöhrət qazanıb.
1993-cü ildə Alman televiziyası SAT-1 üçün iyirmi beş bölümlük bir serial hazırlayıb. 1996-cı ildə isə Amerika televiziyasının ABC/Kane kanalı üçün çəkilmiş "Chariots of the Gods-The Mysterious Continue" adlı bir saatlıq film dünya üzrə böyük maraqla izlənilib. Almaniyanın ən iri televiziyası RTL-də yayımlanan bu film, yalnız Almaniyada 7.7 milyon nəfər tərəfindən izlənib.
Daniken, İsveçrə Yazıçılar Birliyi, Alman Yazıçılar Birliyi və International PEN-Klubun üzvüdür. Bolivya Universiteti tərəfindən fəxri doktor dərəcəsi ilə təltif edilib. 1960-cı ildən evli olduğu həyat yoldaşı Elisabeth Skaja ilə İsveçrənin Beatenberg kəndində yaşayır.
Onun fikirləri və araşdırmaları, kitablarını yazdığı dövrdə böyük maraq görməsinə baxmayaraq, indiki dövrdə elmi tənqidçilərin layihələri ilə populyarlığını itirməkdədir.