Bioqrafiya
Faruk Tınaz 6 iyun 1956-cı ildə Adanada, sekiz uşaqdan ibarət bir ailənin beşinci övladı olaraq anadan olub. Atası Ferit Tınaz, anası isə Dursun Tınazdır. Anası mevlüthandır.
Faruk Tınaz 1973-cü ildən Kamil Sönmez və Osman Yağmurdereli ilə birlikdə Şişli-də tək otaqlı bir evdə yaşamğa başlayıb. Sonradan onlara Asım Ekren də qoşulub. 2010-cu ildə Yeniköy-dakı villasına hücuma məruz qalması ilə media gündəminə düşüb.
Yarış atı sahibi olan Faruk Tınaz, Türkiyə Jokey Klubu Asil Üzvüdür və özünün bir at ferması var. Bu fermada ümumilikdə 30 yarış atı yerləşir. Faruk Tınaz Canan Tınazla evlidir.
Bir müddətdir pankreas xərçəngi müalicəsi alan Faruk Tınaz, 23 dekabr 2021-ci ildə İstanbulda müalicə olunduğu xəstəxanada 65 yaşında vəfat edib. Sanatçı, musiqi karyerasına 1985-ci ildə çıxardığı 'Yunus Gibi' albümü ilə başlayıb və ardınca bir çox albüm yayımlayıb. Albümləri arasında 1987-ci ildə 'Sevelim', 1988-ci ildə 'Göz Göze', 1989-cu ildə 'Şansım Açıldı', 1991-ci ildə 'Ömrümü Çalan Yıllar', 1994-cü ildə 'Kal Benimle', 1998-ci ildə 'Kalbimin Kadını', 2007-ci ildə 'Dinlenesi Şarkılar' və 2012-ci ildə 'Yunus Gibi' adlı albümlər var.