Bioqrafiya
Gabriel Garcia Marquez, 6 mart 1927-ci ildə Kolumbiyanın Aracataca şəhərində, kasıb bir ailənin övladı olaraq dünyaya gəlib. On bir uşaqlı bir ailənin ilk övladı olan Marquez, təhsil həyatına Barranquilla-da orta məktəbdə başlayıb və hökumət tərəfindən verilən burs sayəsində Bogota-da lisey təhsilini başa vurub. Kolumbiya Milli Universiteti və Kartaxena Universitetində hüquq və jurnalistika ixtisasları üzrə oxusa da, təhsilini yarımçıq qoyub.
1958-ci ildə Kolumbiyaya döndükdən sonra Venesuelanın paytaxtı Karakasa gedərək orada jurnalist kimi fəaliyyət göstərib. 1960-cı ildən Meksikaya köçərək ssenaristlik və jurnalistika ilə məşğul olmağa davam edib. Fidel Kastronun yaxın dostu olan Marquez, 1973-cü ildə İspaniyaya gedib Barcelona şəhərinə yerleşib.
1983-cü ildən etibarən isə Meksikaya qayıdaraq həyatının qalan hissəsini burada keçirib. Marquez, Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) arasında danışıqların aparılmasına yardım edib. Latin Amerikada “büyülü reallıq” axınının öncüllərindən biri kimi tanınan Marquez, dilinin zənginliyini ustalıqla tətbiq edərək, düzyazıda belə şeirin gücünü əks etdirib.
1967-ci ildə nəşr olunan "Yüzyıllık Yalnızlıq" adlı əsəri, onu dünya miqyasında məşhurlaşdırmış və 50 milyondan çox satılıb. 1972-ci ildə Neustadt Beynəlxalq Ədəbiyyat Mükafatına, 1982-ci ildə isə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb. Marquez, 17 aprel 2014-cü ildə Meksikada 87 yaşında vəfat edib.
Ölümündən sonra şəxsi arxivi, ailəsi tərəfindən Teksas Universitetinə satılıb.