Bioqrafiya
Gamze Tunar, 16 sentyabr 1973-cü ildə İstanbulda anadan olub. Endüstri Meslek Lisesini bitirən Tunar, 17 yaşında, 1990-cı ildə "Yalnız Değilsiniz" adlı film ilə aktyorluq karyerasına başlamışdır. Bu filmdəki başrolu ilə böyük bir uğur qazanaraq Türk kinomatografiyasında önəmli bir yer tutmuşdur.
Ardınca "Sürgün" və "Sonsuza Yürümek" kimi filmlərdə baş rol oynamış, "Sürgün" filmindəki çıxışı ilə Taşkent Film Festivalında "Miss Aktrist" mükafatını qazanmışdır. Gamze Tunar, karyerası boyunca "Su Gibi Berrak", "Ana Gibi Yar Olmaz", "Bekleyiş", "Doğru Yol", "Yeşeren Asma", "Yüreğin Aynası", "Kanayan Yara – Bosna Mavi Karanlık", "Ölüm Oyunu", "Kızlar Sınıfı", "Tek Ayaklı Kuşlar", "Drejan", "Leş Kargaları", "GÜnaydın Geceyarısı", "Yıldırım Han və Emir Sultan", "Mezar Kurtları", "Bizim Aile", "Çileli Yıllar", "Gecelerden Sor Beni", "Kara Gün", "Kırmızı Çizmeli" və "Recep İbibik" kimi bir çox film və serialda rol alıb. Lakin son 10 ildən artıq müddətdə aktyorluq sektorundan uzaq bir həyat sürür.
Gamze Tunar, 1998-ci ildə sevgilisi Tahsin Eşme tərəfindən törədilən cinayətlə uzun müddət gündəmdə qalmışdır. Atası Nezih Tunar, Yeşilçam kino sektorunda uzun illər xidmət etmiş bir köməkçi rejissordur və 23 iyun 2015-ci ildə Fethiydə vəfat edib.