Bioqrafiya
Corc V. Buş 6 iyul 1946-cı ildə ABŞ-ın Konnektikut ştatında anadan olub. O, Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti kimi fəaliyyət göstərmişdir.
2000-ci ildə Respublikaçılar Partiyasının namizədi olaraq prezidentlik uğrunda mübarizə aparmış və Arizona senatoru Con Mqkeyn ilə ciddi bir rəqabət yaşamışdır. 7 noyabr 2000-ci ildə keçirilən ümumi seçkilərdə, rəqibi Al Qor'dan daha az səs alsa da, ABŞ Ali Məhkəməsinin 5-4 qərarı ilə prezident elan edilmişdir. Prezidentlik dövründə baş verən ən önəmli hadisələrdən biri 11 sentyabr 2001-ci ildə baş verən terror hücumlarıdır.
Bu hücumlardan sonra, Usama bin Laden'i ələ keçirmək və Taliban hakimiyyətini devirmək məqsədilə 7 oktyabr 2001-ci ildə Əfqanıstana hərbi qüvvələr göndərmişdir. 20 mart 2003-cü ildəsə İraqa hərbi qüvvə göndərməsi ilə tanınmışdır. Bu işğal dünya üzrə geniş etirazlara səbəb olmuş və ABŞ-ın müttəfiqləri ilə münasibətlərini zədələmişdir.
Corc V. Buş, Laura Buş ilə evlidir və 2004-cü ilin noyabrında keçirilən seçkilərdə rəqibi Con Kerryi az fərqlə keçərək ikinci dəfə prezident seçilmişdir. Onun vəzifə müddəti 20 yanvar 2009-cu ildə sona çatmış və vəzifəni Barak Obamaya devretmişdir.