Bioqrafiya
Gigi Hadid, 23 aprel 1995-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub. Tam adı Jelena Noura Hadid olan Gigi, tanınmış bir moda ikonu kimi məşhurdur. Atası Filistin mənşəli iş adamı Mohamed Hadid, anası isə Hollandiyalı kökə malik amerikalı keçmiş model Yolanda Foster-dir.
Giginin Bella adında bir bacısı və Anwar adında bir qardaşı var. Ailəsi, Gigi hələ 5 yaşında ikən boşanıb. Təhsil həyatına Malibu İbtidai Məktəbində başlayan Gigi, 2013-cü ildə buradan məzun olub.
Məzuniyyətindən sonra New York-a köçərək modellik karyerasına addım atıb. Həmçinin, New York-dakı The New School-da təhsilini davam etdirir. Modellik karyerasına 2014-cü ildə sevgilisi Cody Simpson-ın "Surfboard" adlı mahnısının klipində rol alaraq başlayıb.
2015-ci ildən Maybelline markası üçün katalog çəkilişlərində iştirak edib və Pirelli təqvimi üçün poz verib. Eyni il, Calvin Harris-in "How Deep Is Your Love" klipində də yer alıb. Gigi Hadid, 2015-ci ilin noyabr ayında Victoria's Secret Fashion Show səhnəsində ilk dəfə yürüyüş edəib.
O, bir çox məşhur jurnallarda yer alıb və mühüm brendlərin dəfilələrində iştirak edib. Həmçinin, 2015-ci ildə "Those Wrecked by Success", "Real Housewives of Beverly Hills" və "Virgin Eyes" kimi layihələrdə də rol alıb.