Bioqrafiya
Gottlieb Daimler, 17 mart 1834-cü ildə Almaniyanın Baden-Vürttemberq əyalətinin Schorndorf kəndində anadan olub. Fırıncının oğlu olan Daimler, mühəndislik təhsili almaq məqsədilə 1852-ci ildən doğulduğu kəndi tərk edərək Stuttgart şəhərinə yollanıb. 1857-1859-cu illər arasında Stuttgartdakı Politeknik Məktəbi bitirib.
Daimler, daxili yanmalı motorlar və avtomobil inkişafı sahəsində inqilabi işlər görüb. 1883-cü ildən etibarən Wilhelm Maybach ilə birgə effektiv daxili yanmalı motorun inkişafı üzərində çalışıblar. 1885-ci ildə patentini aldıqları yüngül dörd zamanlı motor, tək silindrli və yarım at gücündə idi.
Həmin il, bu motoru bir velosipedə quraşdıraraq dünyanın ilk motosikletini istehsal ediblər. 1890-cı ildə Daimler və Maybach, Stuttgart yaxınlığındakı Cannstatt bölgəsində avtomobil istehsalı məqsədilə Daimler-Motoren-Gesellschaft şirkətini qurublar. İlk avtomobillərini 1892-ci ildən satmağa başlayıblar.
Daimler 1893-cü ildə xəstələnərək şirkətdən ayrılıb, lakin 1894-cü ildə geri dönüb. 1900-cü ildə Stuttgartda 66 yaşında vəfat edib. Daimler-Motoren-Gesellschaft 1926-cı ildə Karl Friedrich Benz-in şirkəti ilə birləşərək Daimler-Benz adını alıb.
1993-cü ildə Stuttgartdakı stadion Gottlieb Daimler adı ilə anılıb.