Bioqrafiya
Guido Reni, 4 noyabr 1575-ci ildə İtaliyada, Bolonya şəhərində musiqiçi bir ailədə anadan olub. Atası Daniele Reni, anası isə Ginevra de 'Pozzi'dir. On yaşında Flaman rəssam Denis Calvaert'in yanında şagirdliyə başlayan Reni, 1593-cü ildə Carraccilər akademiyasına daxil olub.
Burada Ludovico Carracci’nin tələbəsi olaraq Bolonya klassik üslubunu mənimsəyib, inkişaf etdirərək ən məşhur Barok rəssamlarından biri halına gəlib. 1599-cu ildə rəssamlar gildiyasına qəbul edilib. 1604-cü ildə yaratdığı "Müqəddəs Petrin çarmıxa çəkilməsi" tablosu, bu günlərdə Vatikan'da sərgilənir.
1614-cü ildə Bolonyaya qayıdan Reni, 1617-1621-ci illər arasında Mantova Dükü Ferdinand Gonzaga üçün çalışıb. 1622-ci ildə Napoli, 1625-ci ildə isə Roma şəhərlərinə səyahətlər edib. San Gennaro kilsəsində çalışaraq mifologiyanı əhatə edən bir çox tablo yaradıb.
1620-ci ildə Mantova dukunun sifarişi ilə bəzi tablolarda Caravaggio'nun motivlərini daha açıq bir anlayışla yenidən işləyib. Reni, 1613-1615-ci illər arasında Bolonyadakı San Domenico Bazilikasının kubbəsini bəzəməklə vəzifələndirilib. İlk əsərləri arasında Bakirə Meryəmin həyatından səhnələri təsvir etdiyi Quirinale Sarayındakı Monte Cavallo Şapelinin freskləri mövcuddur.
18 avqust 1642-ci ildə Bolonya, İtaliyada 67 yaşında vəfat edib.