Bioqrafiya
Gülcan Karahancı, 1982-ci ilin sentyabr ayında Almaniyanın Lübeck şəhərində anadan olub. Son illərdə xüsusilə alman oxucuları tərəfindən ən seksi televiziya aparıcısı seçilərək adını duyurub. 2003-cü ildən etibarən VİVA televiziyasında VJ-lik etməyə başlayıb və bu müddət ərzində Türkiyədə də tanınmağa başlayıb.
Xüsusilə Mustafa Sandal ilə birlikdə ifa etdiyi “Aya Benzer” adlı mahnıda duet etməsi və klipində yer alması onun diqqətləri üzərinə çəkməsini təmin edib. Media dünyasına gəlməzdən əvvəl garson, uşaq baxıcılığı və qəzet paylama kimi müxtəlif işlərdə çalışıb. Liseyi bitirən Gülcan, 2002-ci ildən İqtisadiyyat fakultəsinə daxil olmaq istəsə də, yer tapa bilməyib.
Dostlarının təklifi ilə Casting Garage-a qatılıb və Almaniyada keçirilən Viva Casting turunda 500 iştirakçı arasından birinci olub. 2003-cü ilin yanvarında Viva-da canlı yayımlanan İnteraktive və Was geht ab Show-da aparıcılığa başlayıb və proqram qısa müddətdə böyük bəyənmə qazanıb. Mustafa Sandal ilə birlikdə yer aldığı “Seven” albümü xaricdə də yayımlandıqdan sonra Almaniya və Türkiyədən kənarda bir çox xarici ölkələrdə tanınmağı bacarıb.
FHM jurnalı tərəfindən keçirilən “Dünyanın Ən Seksual Qadınları” sorğusunda Almaniyalı oxucular arasında dünyanın ən seksi 100 qadını sırasında 60-cı yerdə göstərilib. Həmçinin, ən gözəl qadınların seçildiyi 8 kateqoriyadan “Ən Seksual Televiziya Aparıcısı” kateqoriyasında birinci olub. Gülcan, doğub-böyüdüyü Almaniyada bir türk ailəsinin həyat tərzini əks etdirən bir televiziya serialı ilə aktyorluğa başlayıb.
2007-ci ildən Alman Pro-7 televiziya kanalında canlı yayımlanan toy mərasimində Almaniyanın ən zəngin iş adamlarından biri olan Heiner Kamps’ın oğlu Sebastian Kamps ilə evlənib. Toyları 4000 ağ gül ilə bəzədilmiş bir salonda və ağ atlı bir araba ilə baş tutub. Ancaq toy bir çox Alman media orqanları tərəfindən yapmacıqlıqla suçlanıb.