Bioqrafiya
Gülden Ayşe Arslan, 2 yanvar 1984-cü il tarixində Tekirdağda anadan olub. Şarkı sözləri yazmağa orta məktəb dövründə başlayıb. 2001-ci ildən Ege Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında təhsil alaraq, 2005-ci ildə Temel Bilimler ixtisasını bitirib.
Gülden Ayşe Arslan, 2008-ci ildən 2012-ci ilə qədər restoran işleten həyat yoldaşı ilə birlikdə Londonda yaşamışdır. Londonda yerli bir koroda rəhbərlik etmiş, parlamentdə konsert vermişdir. O, Londonda ilk qadın xor rəhbəri kimi mətbuatda yer almışdır.
Həmçinin, Londonda iki fərqli məkanda uzun müddət səhnəyə çıxmışdır. Şarkı demo yazmaq üçün Türkiyəyə gəldikdə, ortaq bir dostu vasitəsilə Emre Aydın ilə tanış olub. İlk single çalışması "Unutamam Dedin" adlı mahnısıdır.
Eyni zamanda, Emre Aydın’ın 2012-ci ildə çıxardığı albümün hit parçası olan “Soğuk Odalar”ın söz yazarı və bəstəkarıdır. O, Emre Aydın ilə duet də icra edib. 2012-ci ilin noyabr ayında çıxan "Unutamam Dedin" single-ının aranjirovkasını Mustafa Ceceli, prodüserliyini və klipin rejisərliyini isə Emre Aydın həyata keçirib.
Gülden Ayşe Arslan, 2007-ci ildən Ercan Mutlu ilə evlidir. 2010-cu ildə Melisa adlı bir qızı dünyaya gəlib. 2018-ci ildə boşanıb.
Ödülləri: 2013 – 1. Türkiyə Müzik Ödülləri - Ən Yaxşı Duet - Emre Aydın & Gülden Mutlu "Soğuk Odalar" Albümləri: 2022 - İçimize Mi Atalım (single) 2022 - Güzelleşelim (single) 2022 - Bu Saatten Sonra (single) 2022 - Ne Söyledi Tanrı Sana (single) 2021 - Yandan Yandan (single) 2020 - Müdavim (EP) 2019 - Yakarım İstanbul'u (single) 2019 - Mendil (single) 2019 - Kandırmışlar Aşk Diye (single) 2018 - Ben Seni Böyle mi Sevdim (single) 2018 - Çiçek Gibi (single) 2017 - Açık Yara (single) 2016 - Uzun Lafın Kısası (feat. Bahadır Tatlıöz & Ozan Doğulu) (single) 2016 - Bye Bye (single) 2014 - Sen Yokken Olanlar 2014 - Yatsın Yanıma (single) 2013 - Unutamam dedin (single) Mənbə: Biyografiler.com