Bioqrafiya
Gülsüm Kamu, 13 avqust 1944-cü ildə İstanbulun Teşvikiye məhəlləsində anadan olub. Əslən Trabzonun Sürmene rayonundandır. Gerçək adı Emine Gülsüm Kefeli olan Kamu, atasının adı Mustafa Kefelidir.
Anası Gülsüm Kamu iki yaşında olarkən Amerikaya köçüb və atasının yenidən evlənməsi ilə üvey anası ilə birlikdə böyüyüb. Təhsil həyatına İstanbulda yerləşən Notre-Dame De Sion Fransız Qız Liseyində başlayıb. 1964-cü ildən "Afilli Delikanlı" filmində rol alaraq kino karyerasına giriş edən Gülsüm Kamu, 1965-ci ildən etibarən bir çox tanınmış aktrisa və aktyorlarla birgə çalışıb.
1967-ci ildən müğənnilik fəaliyyətinə başlayıb və doqquz il ərzində səhnədə olub. 1969-cu ildə İranlı aktyor Cihangir Qaffari ilə evlənib, iki ildən sonra boşanaraq İstanbulda geri dönüb. 1971-ci ildə öz adı ilə "Kamu Teatrı"nı yaradıb və burada "Kahvaltı" adlı oyunu səhnəyə qoyub.
Gülsüm Kamu, 1976-cı ildə məşhur teatr aktyoru Müşfik Kenter ilə qısa müddətli evlilik yaşamışdır. Ümumilikdə dörd dəfə evlənib. 2011-ci ildə "72.
Koğuş" filmində baş rol oynamış və hazırda Balıkesirin Ayvalıq rayonunda yaşayır.