Bioqrafiya
Gürbey İleri, 13 fevral 1988-ci ildə İstanbulda anadan olub. Gənc yaşlarında aktyor karyerasına adım atan İleri, Beykent Universitetinin Aktyorluq Bölümünü bitirib. Təhsil həyatına Kadir Has Universitetinin İqtisad bölməsində başlayan Gürbey, bu sahənin ona uyğun olmadığını düşünərək Akademi Kenter Teatrında teatr təhsili almağa qərar verib.
2007-ci ildə "Arka Sıradakiler" serialında Kerem obrazını canlandıraraq aktyorluq karyerasına start verib. Ardınca 2008-ci ildə "Ayakta Kal" filmində Berkinin dostu rolunda kamera qarşısına çıxıb. Gürbey İləri, "Kalbim Seni Seçti" serialında Kaan, "Muhteşem Yüzyıl" serialında isə Şehzade Mehmet obrazını canlandırıb.
2014-cü ildə "Kaderimin Yazıldığı Gün" serialında Özcan Deniz, Hatice Şəndil və Begüm Kütük ilə baş rolları paylaşır. Son olaraq, "Diriliş Ertuğrul" serialında Sancar Bey obrazı ilə izləyici qarşısına çıxmaqdadır. Gürbey, həmçinin Panda dondurma reklamında öz səsi ilə rol alıb.
Musiqi zövqü olaraq pop və alternativ rok musiqisini sevir, Fenerbahçe və Bağdat Caddəsi bölgələrində vaxtını keçirir.