Bioqrafiya
Haşimi Rafsancani, 25 avqust 1934-cü ildə İranın Behreman şəhərində anadan olub. Tam adı Əli Ekbər Haşimi Rafsancani-dir. Əlil bir fıstıq əkiniçi ailəsində dünyaya gələn Rafsancani, 1948-ci ildə dini təhsil almaq məqsədilə Şiələrin müqəddəs şəhəri Kum-a gedib.
1979-cu ildə şahın devrilməsi ilə Ayətullah Humeyninin İran’a dönməsi ilə onun önəmli köməkçilərindən biri olub. İslam Cümhuriyyətçi Partiyasının yaradılması prosesində mühüm rol oynamış, İnqilab Şurasında fəaliyyət göstərmiş və inqilabın ilk illərində daxili işlər naziri vəzifəsini icra etmişdir. 1980-ci ildə məclisə seçilib və doqquz il ərzində məclis sədri olaraq İranın ikinci ən güclü şəxsiyyəti mövqeyinə yüksəlmişdir.
İran-Irak müharibəsi dövründə önəmli bir rol oynamış, 1988-ci ildə müharibəni sona çatdıran atəşkəsi qəbul etməsi üçün Humeynini inandırmışdır. İyun 1989-cu ildə Humeyninin ölümündən sonra, iyul ayında səs çoxluğu ilə İran prezidenti seçilib. Vəzifəsi dövründə icra hakimiyyətinin səlahiyyətlərini artırmış, praktiki bir siyasət izləyərək sərt xət çəkən İslamçılara qarşı uğur qazanmışdır.
1993-cü ildə yenidən prezident seçilib, lakin 1997-ci il seçkilərində Məhəmməd Hətəmi-yə uduzmuşdur. 2005-ci ildəki seçkilərdə isə, birinci turda daha çox səs alsa da, ikinci turda Məhəmmud Əhmədinejad-a məğlub olmuşdur. 1958-ci ildə Effat Maraşiyə ərə getmiş və beş övladı olub.
Oğlu Məhdi Rafsancani, 2015-ci ildə maliyyə və təhlükəsizlik cinayətlərindən dolayı həbs cəzasına məhkum edilib. 2013-cü ildə indiki Prezident Həsən Ruhanini dəstəkləmişdir. Haşimi Rafsancani, 8 yanvar 2017-ci ildə 83 yaşında ürək krizi nəticəsində İranın Təcrid şəhərində vəfat edib.
Cənazəsi Ayətullah Humeyni türbəsinə dəfn olunub.