Bioqrafiya
Heather Nauert, 27 yanvar 1970-ci ildə ABŞ-ın İllinoys ştatının Rockford şəhərində anadan olub. Tam adı Heather Ann Nauert olan Nauert, jurnalist və bürokrat kimi tanınır. Təhsil yaşamına Massaçüsets ştatının Chestnut Hill bölgəsində yerləşən Pine Minor Kollecində başlamış, daha sonra Mount Vernon Seminariyası və Kollecində kommunikasiya sahəsində təhsil almış və Kolumbiya Universitetində jurnalistika üzrə magistratura dərəcəsi əldə edib.
Karyerasına ABC xəbərlər kanalında başlayan Nauert, 2007-ci ildən etibarən Fox TV-yə keçib. Fox TV-də Steve Lacy ilə birlikdə "Good Day Early Call" və "Good Day New York Wake Up" proqramlarını təqdim edib. Oktyabr 2012-də Fox TV-dən ayrıldıqdan sonra, 2012-ci ildə John Gibson ilə birlikdə "The Big Story" adlı proqramı aparmaq üçün Fox Xəbər Kanalına geri dönüb.
2017-ci ildə ABŞ Prezidenti Donald Trump və Xarici İşlər Nazir Rex Tillerson-un vəzifəyə gəlməsi ilə yanaşı, 24 aprel 2017-ci ildə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin olunub. Bu vəzifədə mətbuat qarşısına ilk dəfə 6 iyun 2017-ci ildə çıxıb. 2000-ci ildə investisiya bankiri Scott Norby ilə evlənən Nauert-in Gage William Norby (2010 doğumlu) və Peter Raymond Norby (2009 doğumlu) adlı iki oğlu var.
13 mart 2018-ci ildə Xarici İşlər Nazir Rex Tillerson-un vəzifədən çıxarılmasından sonra, ABŞ Xarici İşlər Nazirliyində İctimai Diplomatiyadan məsul müavin vəzifəsinə təyin edilib.