Bioqrafiya
Hera Hilmar, 27 dekabr 1988-ci ildə İslanda anadan olub. Tam adı Hera Hilmarsdóttir olan Hilmar, karyerasına uşaqlıqda başlayıb. Atası Hilmar Oddsson film rejissoru, anası Thorey Sigþórsdóttir isə aktrisadır.
Təhsilini Londondakı Müzik və Drama Akademiyasında (LAMDA) alıb. Hera, 2013-2015-ci illərdə yayımlanan "Da Vinci's Demons" adlı serialdakı Vanessa xarakteri ilə tanınıb. 2012-ci ildə Lev Tolstoyun romanından ekranlaşdırılan "Anna Karenina"filmində Varya obrazını canlandırıb və bu filmdə Keira Knightley, Jude Law, Aaron Taylor-Johnson kimi məşhur isimlərlə birgə rol alıb.
2017-ci ildə vizyona çıxan "The Ottoman Lieutenant" filmində Lillie xarakterini oynayıb. Bu filmdə Ben Kingsley, Josh Hartnett və Haluk Bilginer kimi tanınmış aktyorlarla işləyib. Hera Hilmar, 2018-ci ildə "Mortal Engines" filmində Hester Shaw obrazını canlandıraraq diqqət çəkib.
Karyerası boyunca bir çox film və serialda rol almış, oyunculuq istedadı ilə müsbət rəğbət qazanıb.