Bioqrafiya
Hugo Boss, 18 iyul 1885-ci ildə Almaniyanın Stuttgart şəhərinin Metzingen bölgəsində anadan olub. Tam adı Hugo Ferdinand Boss olan Hugo, Heinrich Boss və Luise Münzenmayer Boss-un beş övladından ən kiçikidir. 1923-ci ildən etibarən öz geyim şirkətini quraraq köynək, ceket, idman geyimi və yağmurluq istehsalına başlamışdır.
1924-cü ildə, öz adını daşıyan və 30 işçi çalışdıran kiçik bir firma yaradıb. 1931-ci ildə Nəzi Partiyası-nın üzvü olmuş və bu müddətdə Nazi təşkilatlarına uniforma tədarükçüsü kimi fəaliyyət göstərmişdir. 1932-ci ildən etibarən, Nazi Almaniyasının silahlı qüvvəsi olan Wehrmacht və Adolf Hitlerə bağlı SS xüsusi qüvvələrinin uniformalarını istehsal etməyə başlamışdır.
İkinci Dünya Müharibəsi zamanı Fransız və Polonyalı müharibə məhbuslarını zorla işlətdiyi üçün müharibədən sonra məhkəməyə verilib və 80.000 Mark miqdarında cəriməyə məruz qalmışdır. Hugo Boss, 9 avqust 1948-ci ildə diş apsesi səbəbindən 63 yaşında dünyasını dəyişmişdir. O, 1908-ci ildən etibarən Anna Katharina Freysinger ilə evlənmiş və Siegfried Boss adlı bir oğlu dünyaya gəlmişdir.
Hugo Boss-un qurduğu firma, onun ölümündən sonra oğulları tərəfindən 1960-cı illərdə beynəlxalq bazara çıxarılmış və 1977-ci ildən marka olaraq qeydiyyata alınmışdır. Hazırda Hugo Boss, kişilər və qadınlar üçün geyim istehsalında ixtisaslaşmış hazır geyim istehsalçısıdır və dünya üzrə 110 ölkədə 6100-dən çox satış nöqtəsi mövcuddur. 1991-ci ildə İtalyanın Marzotto tekstil şirkəti tərəfindən satın alınmışdır.
Eyni zamanda, Türkiyədə fabrikləri fəaliyyət göstərir və dünya miqyasında istehsal edilən Hugo Boss kostyumlarının 80%-i Türkiyədə istehsal olunur.