Bioqrafiya
Hülya Düber, 5 iyul 1978-ci ildə Almaniyanın Bavariya əyalətində yerləşən Miltenberg şəhərində anadan olub. 2025-ci ildə Almaniyada keçirilən seçkilərdə CSU partisinin ilk Türk kökənli deputatı olaraq Federal Məclisə (Bundestag) daxil olmağa haq qazanan Düber, evlidir və iki uşaq anasıdır. Hüquq sahəsində təhsil alan Düber, Vürtsburq Julius Maksimilian Universitetində doktorasını tamamlayıb.
1999 və 2005-ci illər arasında hüquq təhsili aldıqdan sonra, vəkil kimi fəaliyyət göstərib və daha sonra Vürtsburq şəhərinin tikinti departamentinin müdiri vəzifəsini icra edib. 2015-ci ildən sosial məsələlərlə məşğuldur və 2018-ci ildən etibarən Aşağı Frankonya bölgə məclisində məclis üzvü kimi fəaliyyət göstərir. Düber, bir çox təşkilatda könüllü olaraq çalışır və Bavariya Şəhərlər İttifaqında Sosial Komitənin sədri vəzifəsini icra edir.


