Bioqrafiya
Hülya Emin, 12 fevral 1997-ci ildə Bolqarıstanın Mestanlı şəhərində anadan olub. Türk kökənli olan Emin, ilk təhsil illərini Bolqarıstanda başa vurduqdan sonra daha yaxşı təhsil almaq məqsədilə ailəsi ilə birlikdə İsveçin Stockholm şəhərinə köçüb. Orta təhsil və lisey dövrünü burada tamamlayaraq teatr təhsili alıb, sonradan universitetdə diş həkimliyi asistenti ixtisası üzrə təhsil alaraq birinciliklə məzun olub.
Təhsil həyatını başa vurduqdan sonra Stockholm-də diş həkimi assistenti kimi işə başlayıb. Eyni zamanda, aktyorluq karyerasına da qədəm qoyub və bir çox tanınmış Türk kino aktyoru ilə birlikdə layihələrdə iştirak edib. 2022-ci ildə Ramazan Erin yazdığı və Bedel Artın rejissorluğunu etdiyi “Batıl” adlı qorxu filmində doktor Aylin obrazını canlandırıb.
Həmçinin, 2022-ci ildən TRT 1-də yayımlanan 'Balkan Ninnisi' adlı serialda baş rol oynamışdır. Hülya Emin, 14 mart 2023-cü ildə X Turkey Awards-da ilin ən uğurlu aktyoru və iş qadını mükafatını qazanaraq karyerasında əhəmiyyətli bir uğur əldə edib. Yardımsevərliyi və gülərüzlüyü ilə tanınan Emin, sosial media platformalarında da aktivdir və geniş bir izləyici kütləsinə malikdir.